AZ

"Real" Rüdigeri buraxmaq istəmir

"Real" müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edəcək.

Apasport.az "Marca"ya istinadən xəbər verir ki, “kral klubu” 32 yaşlı futbolçusunu buraxmaq istəmir. 

Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Almaniya millisinin üzvünün “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ona bir neçə klubdan təklif olsa da, futbolçu Madrid klubunda qalmaq istəyir.

Rüdiger “Ştuttqart”, “Roma” və “Çelsi”də oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.

Demçenko: "Öyrənməli olduğumuz nüanslar var"

"Araz-Naxçıvan" I Liqa klubunu məğlub edib

Günün oyunları bu kanallarda

"Qəbələ" "Baku Sportinq"lə yoxlama oyunu keçirəcək

"Araz-Naxçıvan" I Liqa klubuna qarşı

Seçilən
97
5
apasport.az

6Mənbələr