AZ

Tatarıstan Azərbaycana mövsümi günəbaxan tumu ununun tədarükünə başlayıb

Moskva, 19 yanvar, AZƏRTAC

Rusiya Federasiyasının Tatarıstan Respublikası 2026-cı il emal olunmuş yağlı toxum məhsulları ixrac mövsümünü Azərbaycana günəbaxan tumu ununun göndərilməsi ilə açıb.

AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikasının Laişevski rayonundan Azərbaycana ümumi çəkisi 1900 ton olan 26 vaqon günəbaxan tumu ununun tədarükü planlaşdırılır. Yükün keyfiyyətinə və təhlükəsizliyinə nəzarət “Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi” federal dövlət büdcə qurumunun regional şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Məhsul tədarükdən əvvəl laboratoriya sınaqlarından keçirilib və müəyyən edilmiş standartlara uyğunluğu təsdiqlənib. Ona lazımi sertifikatlar verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
139
azertag.az

1Mənbələr