AZ

2 nəfər pilləkəndən yıxılaraq öldü

ain.az, Bakupost saytına istinadən bildirir.

Şəmkir rayonunda faciəli hadisə qeydə alınıb.

Bakupost.az xəbər verir ki, yanvarın 17-si saat 12 radələrində Yuxarı Seyfəli kənd sakini 1993-cü il təvəllüdlü Aliq Xaliq oğlu Məmmədov yaşadığı evin həyətində pilləkəndən yıxılaraq ölüb.

Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Ağasi oğlu Babayev yanvarın 7-də pilləkəndən yıxılıb. İş yerindən xəstəxanaya aparılan A.Babayev yanvarın 18-i orada ölüb.

Qeydə alınan faktlarla bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
123
2
www.bakupost.az

3Mənbələr