AZ

AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin VII plenum iclası keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) onlayn formatda VII plenum iclası keçirilib. Plenum iclasında komitə üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri və digər nümayəndələr iştirak ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda agentliyin BHİK-nin sədri Tural Əlizadə 2025-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Plenum çərçivəsində bir sıra təşkilati məsələlər müzakirə olunub, həmçinin plenum üzvlərinin tərkibinə yenidən baxılıb.

İclasda gündəlikdə duran təşkilati və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 

Seçilən
83
2
azertag.az

3Mənbələr