Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt" (Frankfurt, Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13.30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18.00-da isə "Azərsun Arena"da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək.
Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” görüşü saat 21.45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta