AZ

Ağsu aşırımı bağlanıb? - RƏSMİ AÇIQLAMA-VİDEO

Ağsu dolaylarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.

“Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlən, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”, - DİN-dən qeyd olunub.


Telegram kanalımız
Seçilən
28
7
yenisabah.az

8Mənbələr