AZ

ABŞ gizli şəkildə Qrenlandiyanı və Danimarkanın hərbi obyektlərini izləyib

Danimarka Müdafiə Nazirliyinin məxfi sənədlərindən əldə edilən məlumatlara görə, ABŞ hərbi qulluqçuları 2025-ci ildən bəri Qrenlandiyanı və Danimarkanın adadakı hərbi obyektlərini gizli şəkildə izləyiblər.

Herbiand.az bildirir ki, bu məlumat Danimarkanın Berlingske nəşri tərəfindən dərc edilib.

“Çox redaktə edilmiş sənədlər göstərir ki, ABŞ hərbi qulluqçuları ehtimal ki, Qrenlandiya ərazisinin özündə kritik infrastruktur haqqında məlumat toplayıblar” - nəşr bildirir.

Müəlliflər qeyd edirlər ki, ABŞ ordusu Kopenhagenin razılığı olmadan Qrenlandiyadakı limanlar, hava bazalar və hərbi bazalar da daxil olmaqla strateji obyektlər haqqında məlumat əldə etməyə cəhd edib.

Yerdəki komandanlıq dərhal Danimarkanın yüksək vəzifəli hərbi rəsmilərini casusluq cəhdi barədə məlumatlandırıb. Kopenhagen bu addımı narahatedici hesab edir və bunun ABŞ-ın Qrenlandiyaya qarşı təzyiq göstərmək və ya hətta hərbi əməliyyatlar aparmaq planları ilə əlaqəli ola biləcəyindən ehtiyat edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr