AZ

20 Yanvar günü hava necə olacaq?

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.aza verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Seçilən
16
49
nocomment.az

10Mənbələr