AZ

Elşad Xose həbsdən azad olundu

Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

Ölkə.az xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

Teleqraf-a açıqlamasında o, vəziyyətinin normal olduğunu deyib.

"Ötən gün səhər saatlarında həbsdən azad edildim. Özümü əla hiss edirəm", - deyə reper əlavə edib.Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.

Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.

Seçilən
110
27
olke.az

10Mənbələr