Bakı. Trend:
Kinematoqrafiya sahəsində bir sıra yeni anlayışlarmüəyyənləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsininbugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Bildirilib ki, aşağıdakı yeni anlayışların qanuna əlavə edilməsihüquqi qeyri-müəyyənliyi aradan qaldıracaq, normanın tətbiqindəvahid yanaşmanı təmin edəcək:
- milli film - xarici film hesabedilməyən və bu qanunda göstərilən tələblərə cavab verən film;
- xarici film - bütövlükdə xariciprodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
- birgə istehsal filmi - yerli vəxarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesabedilməyən film;
- film istehsalı - film çəkilişinəhazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanmasımərhələlərini özündə əhatə edən proses;
- film çəkilişinə hazırlıq - filminideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisininyazılması və film çəkilişi məqsədilə digər inzibati və texnikiməsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
- film çəkilişi - filmin bilavasitəkinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edənfəaliyyətləri əhatə edən proses;
- filmin çəkilişinin tamamlanması -çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəngişləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edənproses;
- yerli prodüser - AzərbaycanRespublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydadaAzərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxsolan prodüser;
- xarici prodüser - əcnəbi və yavətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olanprodüser;