AZ

"Qarabağ"ın matçında ədalət Şererə əmanətdi

Çempionlar Liqasının ıiqa mərhələsində Bakıda keçiriləcək "Qarabağ"- "Ayntraxt" (Almaniya) oyununun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, görüş İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR hakimi Fedayi San, onun köməkçisi isə Lukas Fendrixdi.

Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" qarşılaşması saat 21.45-də başlayacaq.

Seçilən
50
1
football-plus.az

10Mənbələr