Hər il yanvar ayından etibarən Mərkəzi Seçki Komissiyası (MSK) bütün seçki məntəqələrində seçici siyahılarının hazırlanmasına başlayır. Bu il də həmin proses artıq start götürüb.
Bu barədə AZƏRTAC-a açıqlamasında MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib.
O bildirib ki, məlumatların toplanmasından sonra MSK daimi seçici siyahısını təsdiqləyir. M.Rəhimov prosesin may ayının sonuna yaxın başa çatmasının planlaşdırıldığını qeyd edib.