Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Publika.az xəbər verir ki, rayon mərkəzində qarın hündürlüyü 40 sm, dağlarda isə 80 sm-ə çatıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır:
“Kəndlərin rayon mərkəzi ilə əlaqəsi hündür nəqliyyat vasitələrilə həyata keçirilir. Təbii qaz, su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb.