AZ

2026-2027-ci illərdə qlobal inflyasiya səviyyəsi enməyə davam edəcək - BVF

Bakı. Trend:

Qlobal inflyasiya səviyyəsinin aşağı düşməyə davam edəcəyigözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən,baza inflyasiya 2026-cı ildə 3,8 faiz, 2027-ci ildə isə 3,4 faiztəşkil edəcək.

Bu barədə TrendBVF-nin “World Economic Outlook 2026” hesabatının yanvarburaxılışına istinadən məlumat verir.

“Proqnozlar 2025-ci ilin oktyabr hesabatı ilə müqayisədə faktikiolaraq dəyişməz qalıb, bu arada, əsas tendensiyalar – tələbinzəifləməsi və enerji resurslarının qiymətlərinin enməsi - qorunur.ABŞ ilə digər ölkələrin əksəriyyəti arasında inflyasiyadinamikasındakı fərq isə davam edir”,-deyə sənəddə qeyd olunur.

BVF analitikləri bildirirlər ki, yüksək tariflərin təsirlərinintədricən əks olunması fonunda ABŞ-da baza inflyasiya 2027-ci ildəyenidən hədəf səviyyə olan 2 faizə qayıdacaq.

“Avstraliya və Norveçdə də inflyasiyanın uzun müddət hədəfsəviyyədən yuxarı qalacağı proqnozlaşdırılır. Böyük Britaniyadaötən il tənzimlənən tariflərdəki birdəfəlik dəyişikliklərsəbəbindən inflyasiya artmışdı; lakin əmək bazarının zəifləməsi vəəməkhaqqı artımının yavaşıması fonunda 2026-cı ilin sonuna doğruinflyasiyanın yenidən hədəf səviyyəyə qayıdacağı gözlənilir.Yaponiyada isə ərzaq və xammal qiymətlərinin azalması nəticəsində2026-cı ildə inflyasiyanın yumşalacağı və 2027-ci ildə hədəfsəviyyəyə yaxınlaşacağı proqnozlaşdırılır”, - deyə hesabatdabildirilir.

Avrozona üzrə ümumi inflyasiyanın təxminən 2 faiz səviyyəsindəqalacağı, baza inflyasiyanın isə 2027-ci ildə 2 faiz olacağıgözlənilir.

“Çində inflyasiyanın aşağı səviyyələrdən başlayaraq artacağı,Hindistanda isə 2025-ci ildə ərzaq qiymətlərinin aşağı olmasısəbəbindən qeydə alınmış nəzərəçarpacaq enişdən sonra inflyasiyanınyenidən hədəf səviyyəyə qayıdacağı proqnozlaşdırılır”, - deyə BVFhesabatında qeyd olunur.

Məqalədə:
Seçilən
103
2
az.trend.az

3Mənbələr