AZ

Ötən il neçə nəfərə pensiya, təqaüd, müavinət verilib? - RƏSMİ

İlkin məlumatlara əsasən 2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1098,7 min nəfər olmaqla ölkə əhalisinin 10,7 faizini təşkil etmişdir.

Day.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, həmin dövrə 471,1 min nəfər aylıq sosial müavinət, 406,6 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 155,4 min nəfər təşkil etmişdir.

Seçilən
33
2
day.az

3Mənbələr