2025-ci ildə neft-qaz sektoruna 5 milyard 339,6 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,3 faiz azalıb.
Qeyd edək ki, 2024-cü ildə sözügedən göstərici 5 milyard 738,7 milyon manat səviyyəsində olub.