AZ

İranlı diplomat siyasi sığınacaq istədi

İranda davam edən etirazlar fonunda  BMT-də çalışan yüksək vəzifəli iranlı diplomat istefa verib və İsveçrədən siyasi sığınacaq istəyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Iran International" məlumat yayıb.

Sığınacaq istəyən şəxsin diplomat Əlirza Ceyrani Hoqmabad olduğu deyilir. O, İran İslam Respublikasının Cenevrədəki BMT-nin Avropa Qərargahındakı baş diplomatı, eləcə də ölkənin bir sıra beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin müavini olub.

Mənbələrə görə, diplomat ailə üzvləri ilə birlikdə İsveçrə hakimiyyət orqanlarına sığınacaq üçün müraciət edib.

O, vətəninə qayıdacağı təqdirdə təhlükəsizliyi ilə bağlı narahat olduğunu deyib. Eləcə də inqilabi vəziyyət və İslam Respublikasındakı qeyri-sabit durumu əsas gətirərək rejimin süqutu kontekstində mümkün qisas riski ilə bağlı narahatlıqlarını ifadə edib.

"Cebheinfo.az"

Seçilən
139
cebheinfo.az

1Mənbələr