AZ

Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Bakıda 61 yaşlı kişi yıxılıb ölüb.

Hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib.

Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

Seçilən
38
2
7news.az

3Mənbələr