Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının şah əsərlərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud aldanmış ər” pyesi əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası olacaq.
Kulis.az xəbər verir ki, dövlət sifarişi ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.
Yeni səhnə əsəri klassik fransız komediyasının ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik quruluş və parlaq aktyor ifaları ilə tamaşaçılara təqdim olunur.
Səhnə əsərində rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edəcək.
Əsərin mövzusu kəndli təbəqəsindən olan, lakin var-dövlət hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik taleyidir.
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam kim idi?
“Müzəffər Ali Baş Komandan - İlham Əliyev” adlı sərgi açıldı
Rəqqasə - Əzizə Cəfərzadənin hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.