AZ

Hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb.

"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub”, - hesabatda bildirilir.

"Cebheinfo.az"

Seçilən
111
2
cebheinfo.az

6Mənbələr