Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı illər sonra səmimi etiraflar edib.
Milli.Az xəbər verir ki, pop ulduz Nailə xanımın həm musiqiçi, həm də ana kimi ona böyük dəstək verdiyini bildirib.
Röya qeyd edib ki, karyerasının çətin dövrlərində Nailə Mirməmmədli hər zaman onun yanında olub və bu dəstəyi gizlətməyi düzgün saymır:
"O, musiqiçi qadın və ana olaraq mənə çox arxa durub. Bunu gizlətmək olmaz. Konsertlər verəndə dostlarımı sponsor kimi qeyd edirəm, amma həmişə konsertlərimi öz hesabıma etmişəm".
Xalq artisti bildirib ki, bəzi vaxtlar maddi çətinliklərlə üzləşib və məhz həmin məqamlarda Nailə Mirməmmədli ona kömək əlini uzadıb:
"Elə vaxtlar olub ki, konsert verməyə pulum çatmayıb. Nailə xanım üç dəfə mənə görə evini banka qoyub kredit götürərək həmin pulu mənə verib. Bu, inanılmaz bir fədakarlıq idi. Mənə inanmaya da bilərdi".
Sənətçi vurğulayıb ki, məhz bu səbəbdən Nailə Mirməmmədlinin ailəsinə hər zaman dəstək olmağa çalışır:
"Ona görə də Nailə xanımın ailəsinin yanında hərtərəfli olmağa çalışıram. O, mənim ən çətin günlərimdə yanımda olub".
Sənətçi həmçinin xatirələrini bölüşərək bildirib ki, mərhum bəstəkarın həyat yoldaşı Hikmət müəllim zarafatla ondan pulları nə vaxt qaytaracağını soruşarmış.
Qeyd edək ki, Röya Ayxanın bu etirafları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Musa
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.