Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.