AZ

Baləli: Çin ayrıdır, Kitay ayrı - VİDEO

“Zarafat bir yana” verilişində qonaq olan meyxanaçı Baləli sözləri ilə dillərə düşüb.

Ölkə.Az xəbər verir ki, geyim brendi yaratmaq arzusundan danışıan meyxanaçı bunun üçün “Kitay”a getmək istədiyini deyib:

“Bir ağsaqqalımızdan xahiş etmişəm ki, məni ora apar, sən çəkil, qıraqda dayan. İstəyirəm ki, öz dizaynımı yaradım. Çin var, Koreya var. 

Maşın var Koreyanındır, maşın var Yaponiyanındır. “Kitay” deyəndə onların hamısının bi yerdƏ olduğu deyil? Onlar bölünüb də Şimali Koreya, Cənubi Koreya”.

Aparıcı Əlixan Rəcəbov Baləlinin sözlərinə cavab olaraq deyib: “Belə başa düşdüm ki, Şimali, Cənubi Koreya, Yaponiya, Tayvan və Sinqapur bunlar hamısı “Kitay”ın tərkibindədir”.

Baləli isə etiraz edərək deyib: “Yox, Sinqapuru ora qatma”. 

Aktyor və aparıcı Nicat Rəhimli isə zarafatla “Belə başa düşdüm ki, Baləlinin dilində bütün dünya “Kitay”dır” söyləyib. 

Onun bu sözləri zalda gülüş doğurub.

Billurə

Seçilən
118
olke.az

1Mənbələr