Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qar yağması səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti dayanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, axşam saatlarından başlayan qar yolun Yardımlı rayonundan keçən hissəsində, xüsusilə kəskin döngələrdə və yüksəklikdə avtomobillərin hərəkətini mümkünsüz edib.
Hazırda həmin sahələrdə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Məlumata görə, Cəlilabad rayonundan Yardımlıya qədər olan yol sahəsində səhər saatlarında müvafiq qurumlar tərəfindən qarın təmizlənməsi aparıldığı üçün nəqliyyatın hərəkəti qismən təmin olunub.
Hazırda hava şəraitinin qeyri-sabit qalması səbəbindən sürücülərə ehtiyatlı olmaları və mümkün qədər dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.