Sumqayıt şəhərində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı bəzi faktlar üzə çıxıb.
KONKRET.az milli.az-a istinadla xəbər verir ki, mərkəzdə müalicə alan şəxslərdən biri metal əşya udaraq intihara cəhd edib.
Buna səbəb isə həmin şəxsin orada zorla saxlanılması olub.
Xəstə Reabilitasiya Mərkəzini tərk etmək istəsə də, buna imkan verilməyib, azadlığı məhdudlaşdırılıb.
Eyni zamanda, mərkəzdə müalicəsini başa vurmuş şəxslərin işçi kimi çalışdırıldığı faktları da üzə çıxıb. Həmin şəxslərin digərlərinin müalicə prosesində hansı formada iştirak etdiyi isə məlum deyil.
Hazırda Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl həmin mərkəzdə müalicə alan Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə də reabilitasiya mərkəzini tərk edib.