AZ

Tramp avtomobil sənayesinə zərbə vurdu Səhmlər ucuzlaşır

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyadakı vəziyyətlə bağlı yenidən tarifləri qaldırmaqla hədələməsindən sonra Avropa avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə aşağı düşüb.

"Unikal" xəbər verir ki, bu  barədə "Bloomberg" agentliyi məlumat dərc edib. 

Məlumatda qeyd olunur ki, Mercedes-Benz AG səhmləri 6,7 faiz, BMW AG 7 faiz və Volkswagen AG səhmləri 5,4 faiz ucuzlaşıb. Bundan əlavə, Porsche AG səhmləri təxminən 5 faiz ucuzlaşıb.

Agentlik xatırladıb ki, ötən həftənin sonunda Ağ Ev rəhbəri Avropa mallarına əlavə 10% tarif tətbiq olunduğunu elan edib. Bu, xüsusilə Almaniya və Fransa məhsullarına aiddir. Bununla yanaşı, alman istehsalçıları əsas bazar kimi ABŞ-dən çox asılıdırlar.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
2
unikal.az

10Mənbələr