AZ

Lukaşenko: “Tramp niyyətlərini gizlətmir, amma biz nədənsə qorxuruq”

Ajans.az RİANovosti-yə istinadən xəbər verir ki, Lukaşenko bu fikirləri bazar ertəsi Minskdə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşü zamanı səsləndirib. “Baxın, o, açıq şəkildə deyir: ‘Bizə Venesuela lazımdır, çünki orada neft var. Bizə Qrenlandiya lazımdır, çünki nadir torpaq metalları, neft və qaz var – bütün bunlar müdafiə üçün vacibdir’. O, bunu gizlətmir, açıq deyir”, – deyə Belarus lideri qeyd edib. Lukaşenkonun sözlərinə görə, bu cür birbaşa açıqlamalar klassik diplomatiya üçün xarakterik deyil. O bildirib ki, adətən belə hallarda rəsmi səbəblər kimi başqa arqumentlər irəli sürülür: “Adətən neftdən danışmırlar, deyirlər ki, orada narkotik kartelləri var və onlarla mübarizə aparırlar. Amma o, açıq deyir: ona neft lazımdır”. Belarus Prezidenti əlavə edib ki, Trampın ritorikası Avropaya da açıq mesajlar verir və bu vəziyyətə həddindən artıq qorxu ilə yanaşmağın mənasız olduğunu vurğulayıb:
“Və biz nədənsə qorxuruq. Nədən qorxmalıyıq?” – deyə Lukaşenko bildirib. Начало формы   Конец формы

 

Seçilən
25
Ajans.az

1Mənbələr