AZ

Bakı metrosunda iş saatı uzadılacaq

Yanvarın 21-də "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş saatı uzadılacaq.

 

Bu barədə QSC-dən bildirilib.

 

Azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında xüsusi nəzarət təmin ediləcək.

Tarix: 19 Yanvar 2026, 17:08   
Seçilən
62
11
pravda.az

10Mənbələr