AZ

Səudiyyə Ərəbistanında itkin düşən aktrisa ölü tapıldı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında itkin düşən malayziyalı aktrisa Nadia Kesuma ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun əri “Facebook”da məlumat verib.

Nadianın qızı isə ayrıca bir paylaşımda anasının ürək tutmasından öldüyünü və Ciddəyə çatdığı gün xəstəxanaya aparıldığını yazıb.

Qeyd edək ki, Kesumanın 15 yanvarda itkin düşdüyü bildirilib. Səudiyyə Ərəbistanının immiqrasiya orqanları onun hava limanını tərk etdiyini təsdiqləyib. Aktrisa Ciddədə dəfn edilib.

Günel Cəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr