AZ

Hövsan üfunətdən xilas edilir: Çirkab sularla bağlı problem necə həll olunur?

Çirkab suların idarə olunması üçün Bakı şəhərində və Abşeron yarımadasında 12 yeni kollektor tikiləcək. Onların yeddisində artıq işlər başlayıb. Məsələn, Hövsan şosesinin qırağında tikinti prosesini müşahidə edə bilərlər. Ümumilikdə 346 km uzunluğunda kanalizasiya xətti çəkiləcək.

Hazırda şəhərin bütün çirkab və tullantı suları Hövsan təmizləyici qurğusuna gedir, o isə çatdırmır. Hövsana gedənlər yəqin ki, xüsusilə yay aylarında qəsəbənin girişindəki üfunət iyini hiss ediblər.

Baku TV-nin xəbərinə görə, bu yükü azaltmaq üçün əlavə doqquz təmizləyici qurğu yaradılacaq. Onlar Ələt, Sahil, Lökbatan, Müşfiqabad, Yeni Pirallahı, Böyük Şor qəsəbələrində olacaq.

Layihənin icrası başa çatandan sonra Bakı Abşeron yarımadasından Xəzərə daha çirkab axıdılmayacaq. Yalnız ekoloji cəhətdən təmiz su buraxılacaq. Bakı buxtasının ekoloji vəziyyəti yaxşılaşacaq.

Bəzi yerlərdə təmizlənmiş çirkab suyundan texniki və ya suvarma suyu kimi təkrar istifadə olunması da nəzərdə tutulub. Bu da çox vacib məsələdir. Çünki bizdə bütün ölkədə texniki və suvarma məqsədilə də içməli sudan istifadə olunur. Bu isə su ehtiyatlarımıza mənfi təsir göstərir.

Seçilən
3
1
far.az

2Mənbələr