AZ

Güclü qar Cəlilabad Yardımlı yolunda hərəkəti çətinləşdirdi VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Güclü qar yağması səbəbindən Cəlilabad–Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.Bizim.Media xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan intensiv qar Yardımlı rayonu ərazisindən keçən hissədə, xüsusilə döngələrdə hərəkəti demək olar ki, mümkünsüz edib.Bu gün günorta saatlarında yol xüsusi texnika vasitəsilə açılıb.Hazırda yol boyu texnikalar hazır vəziyyətdə saxlanılır və yolda hərəkət ən təhlükəsiz şəraitdə təmin olunur.Mövcud hava şəraitinin daha da pisləşməsi gözləntiləri fonunda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
bizim.media

3Mənbələr