AZ

İsveçdə Belarus casus rahibələri ilə bağlı qalmaqal

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsveçdə Milad dövründə kilsələrdə əl işi məhsullar satan Belarus mərkəzli "Müqəddəs Yelizaveta" monastırına bağlı rahibələr ölkədə geniş müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzetinin verdiyi məlumata görə, dini yardım fəaliyyəti kimi görünən bu səfərlərin "Rusiya tərəfdarı təbliğat və kəşfiyyat fəaliyyətləri ilə əlaqəli ola biləcəyi" iddia edilib. İsveç mətbuatında "sözügedən rahibələrin Rusiya hərbi kəşfiyyatı QRU ilə əlaqələrinin olduğu və Kremlinin iddialarını NATO-da qanuniləşdirmək məqsədi daşıdığı" barədə ittihamlar yer alıb.

İsveç Kilsəsi tərəfindən edilən açıqlamada "bu rahibələrin əslində Belarusdakı mübahisəli bir monastır üçün ianə topladığı və əldə edilən gəlirlərin Rusiya millətçiliyini dəstəkləyən fəaliyyətlərdə istifadə edildiyi" irəli sürülüb. 

Kilsə rəhbərliyi icmaları bu növ qruplarla əməkdaşlıq etməməyə çağırıb.

Açıqlamada monastırın Ukraynadakı xüsusi hərbi əməliyyata açıq dəstək verdiyi və bu dəstəyin humanitar yardım iddiaları ilə üst-üstə düşmədiyi vurğulanıb.

Xəbərə görə, sözügedən monastırın ruhani lideri Andrey Lemeşonok belaruslu rahibələri bir növ “mənəvi müharibə birliyi” kimi xarakterizə edib “Z-rahibələr” olaraq adlandırılan bəzi üzvlərin münaqişə zonalarında rus əsgərləri ilə birlikdə görüntülənməsi və müharibə simvollarından istifadə etməsi isveçli rəsmilərin narahatlığını artırıb.

Oxşar səbəblərlə İngiltərədə də bu monastıra bağlı rahibələrin fəaliyyəti 2022-ci ildə qadağan edilmişdi.Müzakirələrin mərkəzində olan Təbi qəsəbəsinin keşişi Maykl Öyermo isə rahibələri dəvət edərkən bu əlaqələrdən xəbərdar olmadığını deyib.

Öyermo keçmişdə də avtoritar ölkələrdən gələn dini qruplara qapı açdıqlarını bildirərək, satılan kiçik hədiyyəlik əşyaların bir müharibəni maliyyələşdirəcək miqyasda olmadığını müdafiə edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
134
1
cebheinfo.az

2Mənbələr