AZ

Yeni transferlər üçün büdcəmiz uyğun deyil

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni transferlər üçün büdcəmiz uyğun deyil"

"Nyukasl" qış fasiləsində hücum xəttini gücləndirə bilməyəcək.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Eddi Hau açıqlama verib. O, Premyer Liqanın sonuncusu "Vulverhempton"la qolsuz heç-heçə etdikləri (0:0) oyundan sonra klubun yanvarda yeni hücumçu almaq üçün maddi imkanının olmadığını bildirib:

"Düşünmürəm ki, bunu reallaşdırmaq üçün maliyyə imkanımız var".

İlk "beşliy"ə düşmək şansını əldən verən mütəxəssis komandasının hücumdakı oyunundan narazı qaldığını da gizlətməyib:

"Hücumda daha yaxşı oynamalıyıq. Rəqib qapısı qarşısında kifayət qədər təhlükə yarada bilmədik və bu, bütün komandaya aiddir. Standart vəziyyətlərdəki oyunumuzdan da məyus oldum. Rəqib qapısı qarşısında aktiv oynasaq da, son nöqtəni qoyacaq oyunçu tapılmadı".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
qol.az

2Mənbələr