AZ

Azərbaycan və Çin şirkətləri birgə alüminium istehsalını müzakirə edib

Azərbaycan hökuməti ilə Çinin "Wanji" və "Sunstone" şirkətləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Aznews.az xəbər verir ki, Məlumata görə, nazir müavini Səməd Bəşirli şirkətlərin rəhbərləri ilə görüşüb.

Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Seçilən
122
10
aznews.az

10Mənbələr