AZ

Avtomobil nəqliyyatı ilə 2 milyarda yaxın sərnişin daşınıb

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə 151 milyon 655,3 min ton yük, 1 milyard 973 milyon 805,2 min sərnişin daşınıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 8 milyon 178,2 min ton (5,7%) və 127 milyon 796,8 min sərnişin (6,9%) çoxdur.

Hesabat dövründə 1 milyard 879 milyon 797,3 min sərnişin avtobusdan istifadə edib. Bu, 2024-cü illə müqayisədə 124 milyon 617,8 min nəfər və ya 7,1% çoxdur. 2025-ci ildə minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3 milyon 179 min nəfər (3,5%) artaraq 94 milyon 7,9 min nəfər olub.

Sərnişinlərin 95,2%-i avtobus, 4,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 62,4 %-i avtomobil nəqliyyatı vasitəsilə daşınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
4
bakivaxti.az

5Mənbələr