AZ

AQTA-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə sovet ordusunun Bakıda törətdiyi qəddarlıq və görünməmiş vəhşiliklərdən danışılıb. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, xatirəsi hər zaman uca tutulur.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Seçilən
6
3
xalqqazeti.az

4Mənbələr