AZ

Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçınşəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusaravtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrinqalibləri müəyyən edilib.

Trend xəbər verir ki, bubarədə AYNA məlumat yayıb.

Belə ki:

Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakiroğlu;

Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov RəşidHəsən oğlu;

Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev ElmanƏli oğlu;

Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə fiziki şəxs ƏlixanovCeyhun Fakir oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Seçilən
55
7
az.trend.az

10Mənbələr