AZ

Həbsxanaya oğluna gətirdiyi şalvarın balağında narkotik keçirmək istədi - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
 

Seçilən
70
16
7news.az

10Mənbələr