AZ

Dollar yerini qızıla verir

ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı təxminən 40%-ə düşüb. Bu da son 20 ilin ən aşağı səviyyəsidir.

“Cebheinfo.az” xəbər verir ki, bunu analitik resurs “The Kobeissi Letter” yazıb.  

"Son 10 ildə dolların payı 18 faiz bəndi azalıb. Bu arada, qızılın payı 12 bənd artaraq 28%-ə çatıb ki, bu da 1990-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyədir. Qızıl hazırda qlobal ehtiyatların avro, yen və funt- sterlinqin birlikdə payından daha böyük paya malikdir", - deyə analitiklər qeyd edirlər.

Səbəb mərkəzi banklar tərəfindən aktivlərin davamlı şaxələndirilməsidir. Onlar dollardan uzaqlaşır və aktiv şəkildə qızıl toplayırlar. 2025-ci ildə qızılın qiyməti 65% artıb ki, bu da 1979-cu ildən bəri ən yüksək illik artımdır. Dollar indeksi isə 9,4% azalaraq səkkiz ildə ən pis göstəricisini göstərib.

Seçilən
81
1
cebheinfo.az

2Mənbələr