"Barselona"nın prezident seçkiləri və klubun maliyyə zəmanəti ilə bağlı şok iddialar ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, "El Confidencial" nəşrinin yaydığı məlumata görə, Xuan Laportanın yenidən "Barselona" prezidenti seçilməsi prosesi birbaşa "Real Madrid"in rəhbəri Florentino Pereslə bağlı olub.
Mənbə iddia edir ki, seçkilər zamanı Laporta 124.6 milyon avroluq bank zəmanəti təqdim etməli olsa da, klubun maliyyə böhranı səbəbindən bu vəsaiti tapmaqda çətinlik çəkib. "Sabadell" bankı lazımi zəmanətlər olmadığı üçün ilkin mərhədə bu ödənişi təsdiqləməkdən imtina edib.
Məhz bu məqamda Florentino Peresin müdaxiləsi və təkidi sayəsində bank rəhbərliyi lazımi vəsaitin ayrılmasına razılıq verib. Peresin bu addımı atmaqda əsas məqsədi Laportanı "Avropa Super Liqası" layihəsində özünə müttəfiq kimi görməsi olub.
Lakin sonradan "Barselona"nın bu layihədən geri çəkilməsi həmin qərarın hazırda ironik görünməsinə səbəb olur. Hazırda bu gizli razılaşmanın detalları hər iki klubun azarkeşləri arasında böyük müzakirələrə yol açıb.
Kamil Xudiyev