AZ

Qubadlılar 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd etdi

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanlarının, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev, 20 Yanvar şəhidləri və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzuya dair videoçarx nümayiş olunub.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin təşəbbüsləri ilə şəhid ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün güclü sosial müdafiə sistemi formalaşdırılıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib və bu faciə xalqımızın azadlıq iradəsini daha da möhkəmləndirib. Bildirilib ki, 1990-cı ilin qanlı yanvarında 147 nəfər şəhid olub, yüzlərlə insan xəsarət alıb, hadisə Azərbaycan tarixində həm qan yaddaşı, həm də qəhrəmanlıq səhifəsi kimi qalır.

Tədbirin sonunda şəhidlərin xatirəsinin daim uca tutulmasının milli-mənəvi borc olduğu vurğulanıb.

Seçilən
44
unikal.az

1Mənbələr