Son dövrlərdə şəhərlərdə taksilərin çoxluğu ilə əlaqədar qəza şəraitinin yaradılması halları artıb. “Qəza şəraitinin yaradılması” dedikdə nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarının hər hansı bir və ya daha çox pozuntusunu törətməsi və bu pozuntunun digər hərəkət iştirakçısını hərəkətin sürətini və istiqamətini dəyişməyə məcbur etməsi nəzərdə tutulur. Hazırda bununla bağlı ölkəmizdə sürücülərə tətbiq olunan heç bir cərimə yoxdur.Nəqliyyat üzrə ekspert Rövşən Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən İnzibati Xətalar Məcəlləsində “qəza şəraitinin yaradılması” anlayışı mövcud deyil: “Bu xəta ləğv edildikdən sonra bununla bağlı heç bir sürücüyə “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi əsasında cərimə tətbiq edilə bilməz. Yalnız qəza halı baş verdikdən sonra aparılan araşdırmalar nəticəsində müəyyən cəzalar tətbiq edilir”.Ekspert həmin xəta ilə bağlı cərimələrin yenidən tətbiq edilməsinə ehtiyac görməyib:“"Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar”ın 327.2 maddəsinə uyğun olaraq yol ayrıcını keçmə qaydalarının pozulması, işıqforun qırmızı işıqda keçilməsi və s. hallarda sürücülərlə yol polisi arasında mübahisə yaranır. Polis tərəf yol ayrıcında qaydanı pozaraq qəza şəraiti yaratdığınızı iddia edir. Bu halda taksi sürücülərinin səhv və qeyri-qanuni davranışı digər sürücülər üçün böyük fəsadlar yarada bilər ki, bu da arzuolunan deyil”.Sevinc İbrahimzadə / Metbuat.az