Luis Enrike PSJ-də uğurlu fəaliyyətini davam etdirir.
"Football-plus.az" xəbər verir ki, komanda Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib. Bu, Paris klubunun baş məşqçi Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub. Oyundan sonra ispaniyalı mütəxəssis nəticəni “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var” deməklə dəyərləndirib.
Enrike PSJ-ni 2023-cü ilin yayından çalışdırır. Komanda onun rəhbərliyi altında iki dəfə Fransa çempionu olub, Fransa kuboku və Fransa superkubokunu qazanıb. Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun da qalibi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta