AZ

Bələdiyyə binasına silahlı hücum – Ölən və yaralılar var – FOTO

Çexiyanın şimalındakı Xribska şəhərində bələdiyyə binasında baş verən atışma nəticəsində bir nəfər həlak olub, şəhər meri də daxil olmaqla altı nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün Praqadan təxminən 110 kilometr şimalda yerləşən kiçik Xribska şəhərində qeydə alınıb.

Hücum edən şəxs bələdiyyə binasına daxil olaraq atəş açmağa başlayıb, nəticədə bələdiyyənin bir əməkdaşı həlak olub. Yaralananlar arasında şəhər meri və üç polis əməkdaşı da var. Silahlı şəxs hadisədən sonra intihar edərək özünü öldürüb.

Yerli polisin açıqlamasına görə, hadisənin terror və ya dini-siyasi ekstremizmlə heç bir əlaqəsi yoxdur. İlkin araşdırmalar hücumun şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Silahlı şəxsin əməlini qeyri-qanuni saxladığı üç odlu silahla həyata keçirdiyi bildirilir.  /Qafqazinfo/

 



Seçilən
72
nocomment.az

1Mənbələr