İran İslam Respublikasında internetə çıxış yanvarın 23-dən gec olmayaraq bərpa ediləcək.
Senzor.az “Fars” informasiya agentliyinə istinadən bildirir ki, bu barədə elm, texnologiya və iqtisadiyyat üzrə vitse-prezident Hüseyn Afşin məlumat verib.
“Ölkədə internet bu gün, sabah və ya ən geci həftənin sonuna qədər normal vəziyyətə qayıdacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İranda beynəlxalq internetin tamamilə bağlanmasından on gün sonra – yanvarın 18-də “Google” axtarış sistemi istifadəçilər üçün əlçatan olub.