Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, istirahət günləri, səsvermə, qeyri‑iş günü hesab olunan bayram günləri və ümumxalq hüzn günlərində işləyən işçilərə əməkhaqqı iki dəfə çox ödəniləcək, gündəlik və saatlıq tariflər iki misl hesablanacaq.İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, hələlik, təklifin hansı formada qəbul olunacağı tam aydın deyil:"Vətəndaşların əmək haqqı ödənişlərinin artırılması və ya bunun yollarının tapılması kifayət qədər cəlb edici və qəbul olunan yanaşmadır. Bu addımlar sosial rifahın yüksəlməsinə və vətəndaşların maraqlarının təmin olunmasına yönəlir".Ekspert bildirib ki, təklifin necə həyata keçiriləcəyi və qanunvericilikdə necə tənzimlənəcəyi yalnız reallaşdırıldıqdan sonra məlum olacaq. Təklifin detallarının açıq və şəffaf şəkildə müəyyənləşdirilməsi prosesi uğurlu tətbiq üçün vacibdir". Qeyd edək ki, təklifin tətbiqi və qanunvericilik tənzimləmələri hələ də müzakirə mərhələsindədir. Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.