AZ

Valeri Karpin İspaniyaya səfərinin məqsədini açıqladı: Arsen Zaxaryanla görüş » AzadMedia.az



Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin İspaniyaya səfərinin əsas məqsədinin “Real Sosyedad”da çıxış edən rusiyalı futbolçu Arsen Zaxaryanla görüşmək olduğunu bildirib.
İspaniyanın Diario Vasco nəşrinin məlumatına görə, Karpin Zaxaryanla söhbət edərək onun hazırkı durumu ilə maraqlanmaq niyyətindədir.
“Bura Zaxaryanla vaxt keçirmək, onunla danışmaq və özünü necə hiss etdiyini öyrənmək üçün gəlmişəm. Eyni zamanda gələn həftə keçiriləcək “Real Sosyedad” – “Selta” oyununu da izləyəcəyəm”, – deyə Valeri Karpin qeyd edib.
Rusiyalı mütəxəssis La Liqanın 20-ci turu çərçivəsində San-Sebastyanda baş tutan “Real Sosyedad” – “Barselona” (2:1) matçını da stadiondan izləyib.
Qeyd edək ki, Arsen Zaxaryan cari mövsümdə “Real Sosyedad”ın heyətində 7 oyuna çıxıb, 1 qol vurub və ümumilikdə 222 dəqiqə meydanda olub. 19 avqust 2023-cü ildə İspaniya klubu Zaxaryanın Moskva “Dinamo”sundan transfer edildiyini açıqlayıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Zaxaryan “Real Sosyedad”dakı debütünü 25 avqustda “Las-Palmas”la matçda edib və 75-ci dəqiqədə meydana daxil olub.
Seçilən
99
1
azadmedia.az

2Mənbələr