AZ

Slovakiyalı siyasətçi: Qrenlandiya səbəbilə ABŞ–Aİ münasibətləri dərin böhran yaşayır » AzadMedia.az


Qrenlandiya ətrafında mümkün “ticarət müharibəsi” Avropa İttifaqı ilə ABŞ arasında münasibətləri ciddi böhran mərhələsinə sürükləyə bilər. Bu fikri Slovakiyanın “Proqressiv Slovakiya” Partiyasının lideri, siyasətçi Mixal Şimeçka səsləndirib.
Onun sözlərinə görə, hazırda ABŞ və Avropa arasında münasibətlər tarixinin ən ağır dövrlərindən biri yaşanır və bu böhran Slovakiyanın təhlükəsizliyi və iqtisadiyyatı üçün birbaşa risklər yarada bilər.
“Biz, yəqin ki, ABŞ–Avropa münasibətlərində ən dərin böhranla üz-üzəyik. Bu böhran ölkəmizin təhlükəsizliyinə və iqtisadiyyatına birbaşa təsir göstərə bilər”, – deyə Şimeçka bildirib.
Slovakiyalı siyasətçi xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiya məsələsində təzyiqləri artırıb və Avropa ölkələrinə qarşı gömrük rüsumlarının tətbiqi ilə hədələyib. Trampın sözlərinə görə, Avropa ölkələri Vaşinqtonun Qrenlandiyanı anneksiya etməsinə qarşı çıxmaqda davam edərsə, bu addımlar atıla bilər.
Qeyd edək ki, Donald Tramp yanvarın 5-də ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya üzərində nəzarət qurmaq planları olduğunu bəyan edib. Buna cavab olaraq Danimarkanın Müdafiə Nazirliyi ABŞ-ın adaya mümkün müdaxiləsi halında cavab zərbəsi endiriləcəyini açıqlayıb. Lakin rəsmi Kopenhagen bu cavabın konkret formasını açıqlamayıb.
Seçilən
87
1
azadmedia.az

2Mənbələr