AZ

Xocavənddə qarlı hava şəraiti ilə əlaqədar polis gücləndirilmiş rejimdə xidmət aparır 

Xocavənd rayonunda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edir və sürücülərə zəruri tövsiyələr verirlər. Həmçinin ictimai asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və vətəndaşlara operativ yardım göstərilməsi məqsədilə polis əməkdaşları gün ərzində ərazilərə nəzarət edirlər.

Hava şəraitindən asılı olmayaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr