AZ

Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

20 Yanvar 1990-cı il Azərbaycan Respublikasının müasir tarixində ən faciəli, eyni zamanda ləyaqətli və məğrur səhifələrdən birini təşkil edir.

36 il əvvəl sovet ordusu tərəfindən Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı və 4 nəfər itkin düşdü.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenliyə dair legitim arzularını boğmaq cəhdi idi.

Seçilən
51
azpost.info

1Mənbələr